REGİONLAR


Ağstafada “Fitnə” filmi nümayiş olunub

A+ A

Ağstafa, 1 iyul, AZƏRTAC

İyulun 1-də Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının akt zalında “Dövlət və din münasibətləri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq, Ağstafada dövlət və din münasibətlərinin tənzimlənməsi, dini icmalarla işin qanunauyğun təşkili, dini ibadət və mərasimlərin milli mənəvi dəyərlərimizə və dövlətçilik prinsiplərinə uyğun keçirilməsi, qeyri-ənənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması sahəsində görülən tədbirlərdən danışıb.

Sonra rayon ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, rayon gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov və Ağstafa Cümə Məscidinin axundu Cəmaləddin Ələkbərov çıxış edərək, bu sahədə tədbirlərin keçirilməsinin önəmli olduğunu bildiriblər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.