REGİONLAR


Ağstafada Ulu Öndərin xatirəsi anılıb

A+ A

Ağstafa, 10 dekabr, Famil Quliyev, AZƏRTAC

Ağstafa Heydər Əliyev Mərkəzində Ulu Öndərin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq, Heydər Əliyevin XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərən dahi şəxsiyyət olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyev şəxsiyyəti, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, müasir müstəqil Azərbaycanın qurucusudur. Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan 30 ildən artıq bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Bildirilib ki, Azərbaycanın müasir müstəqillik tarixinin ilk illəri, 1991-1993-cü illər xaosun, anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma dövrü kimi xarakterizə olunur. Belə bir vaxtda xalqımız Ulu Öndəri təkidlə Bakıya çağırdı. Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, dönməz xarakter aldı.

Çıxışlarda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda lider dövlətə çevrildiyi və beynəlxalq aləmdə söz və nüfuz sahibi olduğu vurğulanıb.

X X X

Ümummilli lider Heydər Əliyevin anım mərasimləri Ağstafa şəhər 1 və 2 saylı tam orta məktəblərdə də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.