REGİONLAR


Ağstafada dörd avtomobil körpüsü inşa edilir VİDEO

A+ A

Bakı, 12 iyul AZƏRTAC 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3, Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə bir körpünün inşası davam etdirilir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa olunur.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Hazırda hər bir körpünün bünövrəsinin və dayaqlarının tikintisi işləri aparılır. Avtonəqliyyat vasitələrinin gediş-gəlişi üçün isə müvəqqəti yol salınıb.

Kür çayı üzərində inşa edilən körpü 3 aşırımlı olmaqla uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası aparılan körpü 3 aşırımlı olmaqla uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpü də 3 aşırımlı, uzunluğu 66 metr, dəmir yolu üzərindəki körpü isə bir aşırımlı və 34 metr uzunluğunda olacaq. Hər bir körpünün hərəkət hissəsinin eni 11,5 metr, iki istiqamət üzrə piyada səkilərinin eni 1,5 metr olmaqla, ümumi eni 14,5 metr olacaq.

Layihəyə uyğun olaraq körpülərə yanaşma yollarının salınması da nəzərdə tutulub. Yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.