REGİONLAR


Ağstafada əmək yarmarkasında işaxtaranlara 197 boş iş yeri təklif olunub

A+ A

Ağstafa, 1 dekabr, Famil Quliyev, AZƏRTAC

Ağstafa rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib. Tədbirdə vətəndaşlara 29 müəssisə və təşkilat tərəfindən 197 boş iş yeri təklif olunub.

AZƏRTAC xəbər verir ki, yarmarkanın açılış mərasimində Ağstafa rayon Məşğulluq Mərkəzinin direktoru Meydanalı Mənsurov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Yarmarkada işəgötürən idarə və təşkilatların nümayəndələri vətəndaşlara təklif etdikləri yeni iş yerləri üçün 120 manatdan 720 manatadək əməkhaqqı veriləcəyini bildiriblər. İş üçün müraciət edənlərdən 41 nəfər öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən ticarət, təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında işlə təmin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.