REGİONLAR
Ağstafada məktəbəhazırlıq qruplarına 374 uşaq cəlb olunub
Ağstafa, 8 oktyabr, AZƏRTAC
Ağstafa rayonunda da məktəbəhazırlıq qruplarında dərslər başlayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar.
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva AZƏRTAC-a bildirib ki, dövlət hesabına aparılan məktəbəhazırlıq qruplarına 374 uşaq cəlb edilib. Rayon üzrə 29 məktəb olmaqla 35 qrup təşkil edilib və hər qrupa bir müəllim rəhbərlik edir.
Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün (12 saat) keçiriləcək. Bu qruplara bir gün ərzində 3 məşğələ tədris olunacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.
Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünəcək və oktyabrın 3-də başlanan məşğələlər mayın 31-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]