REGİONLAR
Ağstafada mini futbol yarışlarına start verilib
Ağstafa, 5 may, AZƏRTAC
Ağstafada ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilat kollektivləri arasında mini futbol üzrə növbəti turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu ildə yarışlara maraq olduqca böyükdür. İki qrup üzrə 11 təşkilatın komandalarının mübarizə apardığı turnir maraqlı və gərgin idman mübarizəsi şəraitində başlayıb. Belə ki, birinci yarış günündə keçirilən üç oyunda “Su-kanal” idarəsinin komandası rayon polis şöbəsinin komandasına 4:3, gənclər və idman idarəsinin komandası “Sərhədçi” tədris mərkəzinin komandasına 5:3, rayon mədəniyyət və turizm şöbəsinin komandası isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rayon şöbəsinin komandasına 11:2 hesabı ilə qalib gəlib.
Turnir mayın 10-dək davam edəcək.