REGİONLAR


Ağstafada qabaqcıl təhsil işçiləri və ali məktəblərə yüksək balla qəbul olunan məzunlar mükafatlandırılıblar

A+ A

Ağstafa, 7 sentyabr, Famil Quliyev, AZƏRTAC 

Ağstafada təhsil işçilərinin 2015/2016-cı tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Konfransda rayon təhsil şöbəsinin müdiri Leyla İsayevanın hesabat məruzəsi dinlənilib. Məruzədə Azərbaycanın təhsil sisteminin inkişafı, aparılan islahatlar, həyata keçirilən layihələr haqqında məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılib. Ulu Öndərin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, Ağstafada da məktəb infrastrukturunun yenilənməsi istiqamətində xeyli iş görülüb. Belə ki, yeni dərs ilində Köhnəqışlaq kənd tam orta məktəbi üçün tikilən 100 şagird yerlik məktəb binası məktəblilərin istifadəsinə veriləcək. Bundan əlavə, rayonun Muğanlı, Həsənsu, Pirili, Poylu və Köçəsgər kənd tam orta məktəblərində cari təmir işləri aparılıb. Bu il rayonun ümumtəhsil müəssisələrini bitirən məzunlardan 236 nəfəri ali məktəblərə daxil olub. Onlardan 34 nəfər 500-600 arası, 14 nəfər isə 600-dən çox bal toplayıb.

Konfransda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov və başqaları çıxış edərək təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Natiqlər respublikada, o cümlədən Ağstafada təhsilin inkişafı ilə bağlı görülən işlərdən söhbət açıblar.

Çıxışlarda bir daha vurğulanıb ki, bu gün Azərbaycanda təhsil sistemi yeni inkişaf mərhələsini yaşayır. Dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində təhsil işçiləri üçün hər cür şərait yaradılır.

Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonda qabaqcıl təhsil işçilərinin bir qrupu və ali məktəblərə yüksək balla qəbul olunan məzunlar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.