REGİONLAR
Ağstafada qışa hazırlığın vəziyyəti müzakirə olunub
Ağstafa, 21 avqust, Famil Quliyev, AZƏRTAC
Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında qışa hazırlığın vəziyyəti müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasda icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun qışa hazırlığı sahəsində təxirəsalınmaz tədbirlərin ilboyu görüldüyünü qeyd edib. Bildirib ki, sakinlərin qaz, işıq və içməli su təminatında heç bir problem olmamalı, havaların soyuması kommunal və xidmət təşkilatlarının işində fasilələr yaratmamalıdır.
Şura iclasında icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova rayonun orta ümumtəhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı vəziyyəti haqqında, memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev isə rayonun qışa hazırlığının vəziyyəti barədə məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, Ağstafa Elektrik Şəbəkəsində qış mövsümünə hazırlıqla əlaqədar müəyyən işlər yerinə yetirilib, yarımstansiyalarda, transformator məntəqələrində, elektrik hava xətlərində təmir işlərinə başlanıb. Rayonun 39 yaşayış məntəqəsindən 36-sı təbii qazla təmin edilib.
Sonda müzakirə edilən məsələ barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.