REGİONLAR
Ağstafada taxıl zəmilərində məhsuldarlıq artıb
Ağstafa, 4 iyul, AZƏRTAC
Cari ilin məhsulu üçün Ağstafa rayonunda 7960 hektar sahədə taxıl, o cümlədən 5481 hektar sahədə buğda, 2119 hektar sahədə arpa yetişdirilib. Hazırda rayonda taxıl biçini kampaniyası davam edir. Məhsul yığımının qısa müddətdə və itkisiz başa çatdırılması üçün lazımi tədbirlər görülüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, biçin kampaniyasına 26 kombayn cəlb olunub. Sahibkarlar artıq 1403 hektar sahədə biçin aparıblar. Buğda sahəsinin bir hektarından 29 sentner, arpa sahəsinin bir hektarından isə 25,3 sentner məhsul götürülür ki, bu da fermerləri sevindirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]