REGİONLAR


Ağstafada xurma yığımına başlanıb

A+ A

Ağstafa, 5 noyabr, Famil Quliyev, AZƏRTAC

Ağstafalı fermerlər xurma yığımına başlayıblar. Bu il məhsuldarlığın yaxşı olduğunu deyən bağ sahibləri xurmanın əsasən xaricə, xüsusilə də Rusiya bazarlarına ixracında maraqlı olduqlarını bildirirlər.

Fermer Aqil Heydanov AZƏRTAC-a deyib ki, məhsuldarlıq yaxşıdır, satışda da heç bir problem yoxdur. O, gələcəkdə xurma bağlarının sahəsini daha 3 hektar artıraraq, 6 hektara çatdırmaq fikrindədir.

Qeyd edək ki, xurma insan orqanizmi üçün çox xeyirlidir. Meyvədə olan fosfor beynin ehtiyaclarını ödəyir, yorğunluğu aradan qaldırır, sinir sistemini sakitləşdirir. Xurmada, eyni zamanda, B1 və B2 vitaminləri var. Tərkibində yod maddəsi olduğundan qalxanabənzər vəzlərin müalicəsinə də müsbət təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.