REGİONLAR


Ağstafada yaşı 100 ildən çox olan körpü yenidən qurulur

A+ A

Ağstafa, 11 oktyabr, AZƏRTAC

Ağstafada Kür çayı üzərində yaşı 100 ildən çox olan körpü yenidən qurulur.

Ondan çox kəndi və Gürcüstanla sərhədi birləşdirən körpüdə avtomobillərin birtərəfli qaydada hərəkəti mümkün idi. Uzun tıxacların yaranması nəzərə alınaraq və sürücülərin rahatlığını təmin etmək üçün eni 14 metr olan yeni körpünün inşasına başlanılıb.

İş icraçısı Səyyad Manafov AZƏRTAC-a bildirib ki, dəmir-beton elementləri ilə işlənən avtomobil keçidinin dayaqlarının özülü 31 metrdir. İşlərin 1-ci mərhələsi artıq yekunlaşıb. Körpü üç aşırımdan ibarət olacaq. Aşırımların biri 85 metr, qalan ikisi isə 42,5 metrdən ibarət olacaq.

Qeyd edək ki, rayonda Ağstafaçay və Acıdərəçayın üzərində yerləşən daha 3 körpü də yenidən qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.