REGİONLAR
Ağstafadakı Heydər Əliyev Muzey-Mərkəzində yenidənqurma və əsaslı təmir işləri yekunlaşmaq üzrədir
Ağstafa, 8 fevral, AZƏRTAC
Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində aparılan yenidənqurma və əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzdə görülən işlərə 150 nəfər işçi qüvvəsi cəlb olunub. Muzey-mərkəz üçün tərtib olunmuş layihəyə uyğun olaraq, binanın daxili interyeri daha da müasirləşdirilərək yüksək dizaynla yenidən qurulub. Rayonda ilk dəfə fəaliyyət göstərəcək bir sıra yeni mərkəz, studiya otaqları yaradılıb. Belə ki, nikah zalı, memarlıq, incəsənət və reklam, xalçaçılıq, moda, rəsm qalereyası və uşaq yaradıcılıq, rəqs studiyaları, tədris və hazırlıq, ideya-resurs mərkəzləri, xarici dil kursu tezliklə ağstafalıların istifadəsinə veriləcək. 400 nəfərlik böyük akt və konfrans zalları, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalı, eləcə də digər inzibati və yardımçı otaqlar da layihəyə uyğun olaraq yenidən qurulub.
Muzey-mərkəzin ətrafının yenidən qurulması, dekorativ yaşıllıq və abadlıq işləri istiqamətində də aparılan işlər yekunlaşmaq üzrədir.