REGİONLAR
Ağstafalılar qanvermə aksiyasında iştirak ediblər
Ağstafa, 27 aprel, AZƏRTAC
Respublikamızda hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.
AZƏRTAC xəbər verir ki, növbəti belə bir aksiya aprelin 27-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşəbbüsü ilə təşkil olunub. Qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının artırılması məqsədi ilə keçirilən aksiyada iştirak edən könüllü donorlar, ilk növbədə, qanla keçə biləcək hər hansı bir xəstəliyin daşıyıcısı olub-olmasına dair həkim nəzarətindən keçiriliblər.
Aksiyada 150 nəfər donor qan verib. Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür aksiyaların keçirilməsini dəstəkləyərək, hər kəsi belə tədbirlərdə fəal iştirak etməyə səsləyiblər.