REGİONLAR


Ağstafanın “Ləman” rəqs qrupu beynəlxalq festivallarda iştirak edib VİDEO

A+ A

Ağstafa, 25 noyabr, Famil Quliyev, AZƏRTAC

Ağstafa Heydər Əliyev Mərkəzində Ulu Öndərin irsini təbliğ etməklə yanaşı, uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili və yeniyetmələrin sənətə yönləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, son illər Mərkəzdə yaradılan uşaq və yeniyetmələrdən ibarət “Ləman” rəqs qrupu artıq rayonun sevimli kollektivinə çevrilib. Rəqs qrupu Heydər Əliyev Mərkəzində yaradılmış və müasir avadanlıqlarla təchiz edilmiş studiyada fəaliyyət göstərir.

Rəqs qrupunun müəllimi Xaliq Əliyev AZƏRTAC-a bildirib ki, studiyada rəqs qrupu üçün güzgülü zal, musiqi alətləri, zəruri idman avadanlıqları quraşdırılıb. Qrupa 4 yaşından 14 yaşa qədər uşaqlar cəlb olunur.

Azyaşlı uşaqlar və yeniyetmələr burada həvəslə iştirak edirlər. Bu, uşaqların dərsdən sonrakı asudə vaxtının təşkili baxımından da faydalıdır, eyni zamanda, onların gələcəkdə sənət seçimində də önəmli amildir.

Qeyd edək ki, “Ləman” rəqs qrupu ölkəmizlə bərabər, qardaş Türkiyə Respublikasında və Gürcüstanda keçirilən festivallarda da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.