CƏMİYYƏT


Ağstafanın Saloğlu kəndində  otlaq sahəsində “Qrad” raketi aşkar edilib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Ağstafa rayonunun Saloğlu kəndində bir otlaq sahəsinə baxış keçiriblər. Baxış zamanı bir ədəd 122 millimetrlik “Qrad” raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən iyunun 22-dək, ümumilikdə,

5 min 779 partlamamış hərbi sursat, tank əleyhinə 191 mina və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 398 min 639 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.