REGİONLAR


Ağsu, Lənkəran və Lerikin bəzi kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 24-də saat 9-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağsu rayonunun Padar və Nəmirli, Lənkəran rayonunun Rvo, Narbağı və Qrumba, Lerik rayonunun Piran kəndinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.