REGİONLAR


Ağsu dolaylarına yağan qar avtomobillərin hərəkətini çətinləşdirib VİDEO

Ağsu, 28 yanvar, AZƏRTAC

Yanvarın 27-dən 28-nə keçən gecə yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində çətinliklər yaradıb. Xüsusilə Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-147-ci kilometrində - dolaylarda yollar tamamilə örtülüb. Burada qarın qalınlığı 4-5 santimetrə çatır. Yağan qar, şaxtalı hava və duman avtomobillərin hərəkətində çətinliklərə səbəb olub.

AZƏRTAC xəbər verir ki, 16 nömrəli “Yol İstismar” MMC-nin işçiləri qumsəpən və qreyderin köməyi ilə səhər saatlarından dolayların xüsusilə təhlükəli ərazilərində təmizləmə işləri aparır, yola duz və qum səpilir.

Ciddi səbəb olmadığı halda Ağsu dolaylarından istifadə edilməsi məsləhət görülmür. Zərurət yarandıqda avtomobillərin sazlığı, şinlərin normal vəziyyətdə olması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.