REGİONLAR


Ağsu dolaylarında avtomobillərin hərəkəti çətinləşib VİDEO

Ağsu, 1 fevral, Adil Ağayev, AZƏRTAC

Yanvarın 31-də axşamdan yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində bir sıra problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun dolaylardan keçən 144-156-cı kilometrində qarın qalınlığı 25-30 santimetrə çatıb. Xüsusilə yolun dolaylardakı sərt döngə və sürüşmə təhlükəsi olan yerlərində təhlükəli vəziyyət yaranıb.

Qeyd edək ki, fevralın 1-də səhər saatlarından başlayaraq Ağsu 16 nömrəli “Yol İstismar” MMC-nin işçiləri və texnikası yolda hərəkətin təhlükəsizliyi üçün səfərbər edilib. Yol qardan təmizlənir, duz və qum səpilir.

Saat 10-dan sonra yol qış şəraiti üçün saz olan avtomobillər üçün açılıb.

Mütəxəssislər sürücülərə zərurət yaranmadığı halda Ağsu dolaylarından istifadə etməməyi məsləhət görürlər. Yola çıxan sürücü avtomobilin sazlığına və şinlərin qış rejiminə uyğunluğuna ciddi diqqət yetirməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.