REGİONLAR
Ağsu pambıqçıları indiyədək 226,2 ton məhsul yığıblar
Ağsu, 22 sentyabr, AZƏRTAC
Ağsu rayonunda pambıq yığımı sürətlə davam etdirilir və artıq tarlalardan 226,2 ton məhsul yığılıb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, son günlər havaların əlverişli keçməsi tarlalarda işlərin ahəngdar gedişinə imkan verir. Hər gün sahələrə orta hesabla 480-500 nəfər işçi qüvvəsi çıxır. Hər yerdə, o cümlədən daha çox pambıq əkilən Bozavand, Rəhimli, Ərəbuşağı, Çaparlı ərazi dairələrində məhsulun itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
Cari mövsümdə rayonda 1098 hektarda pambıq yetişdirilib. Sahələrin 500 hektarının məhsulu maşınla yığılacaq. Bunun üçün artıq son hazırlıq işləri aparılır.
Mütəxəssislər bu il tarlalardan 2000 ton “ağ qızıl” toplanacağını proqnozlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]