REGİONLAR


Ağsu rayonunda meyvə istehsalı artıb

A+ A

Ağsu, 2 yanvar, AZƏRTAC

2016-cı ildə Ağsu rayonunda meyvə bağlardan 10 min 863 ton məhsul yığılıb. İstehsal əvvəlki illə müqayisədə 319 ton çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, bölgədə 3560 hektar meyvə bağı var. Dağlıq, dağətəyi və düzən ərazilərdə əsasən nar, heyva, üzüm, xurma, alma, alça, gavalı və əncir yetişdirilir.

İstehsal olunan məhsullar emal müəssisələrinə satılır, habelə yerli və ətraf rayonların, Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.