REGİONLAR
Ağsu rayonunda meyvə yığımı davam edir
Ağsu, 6 avqust, AZƏRTAC
Cari mövsümdə Ağsu rayonunda bol meyvə var. Yetişmə dövründən asılı olaraq məhsul yığımı davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, indiyədək bağlardan 1894 ton müxtəlif növ meyvə, o cümlədən armud, alça, ərik, gavalı, şaftalı və s. yığılıb. Dərilən məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 ton çoxdur.
Rayonun aran ərazilərində artıq alma yığımına da başlanılıb. Bir qədər sonra nar, heyva, qoz, fındıq da tədarük olunacaq. Məhsul yerli və ətraf rayonların bazarlarına, habelə respublikamızın iri şəhərlərinə göndərilir.
Rayonda yerli şərait üçün əlverişli olan meyvə bağlarının sahəsi ildən-ilə artır. Hazırda bağların sahəsi 3554 hektara çatıb ki, bunun da 2865 hektarı bar verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]