REGİONLAR


Ağsu rayonunda toxum tədarükü ilə bağlı ciddi hazırlıq işləri aparılır

A+ A

Ağsu, 27 avqust, AZƏRTAC

Qarşıdakı payız mövsümündə Ağsu rayonunda 36 min hektaradək taxıl əkiləcəyi gözlənilir. Hazırda toxum tədarükü ilə əlaqədar ciddi hazırlıq işləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxuma Nəzarət İdarəsi Şamaxı regional laboratoriyasının Ağsu rayonu üzrə baş aqronomu Səxavəddin Usubalıyev AZƏRTAC-a bildirib ki, qarşıdakı təsərrüfat ilində rayona orta hesabla 3500 tonadək kondisiyalı arpa və buğda toxumu lazım olacaq.

Qeyd edək ki, cari mövsümdə rayonda mövcud olan 4 toxumçuluq təsərrüfatından 6000 ton kondisiya həddinə çatdırılmamış toxum istehsal olunub. Hazırda həmin toxumlardan artıq 600 tonu kondisiya həddinə çatdırılıb. Bu iş davam etdirilir. Gələn ayın əvvəlindən etibarən toxum satışına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.