REGİONLAR


Ağsu rayonunun Kalva kəndinə təbii qaz verilib

A+ A

Bakı, 30 iyul, AZƏRTAC 

İyulun 30-da Ağsu rayonunun Kalva kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə şirkətin prezidenti Rövnəq Abdullayev, vitse-prezident Mikayıl İsmayılov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 484 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 38 min 923 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rövnəq Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.