REGİONLAR


Ağsuda bir qrup dövlət qulluqçusu mükafatlandırılıb

Ağsu, 22 iyun, AZƏRTAC 

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanda dövlət qulluğunun formalaşdırılması və inkişafı istiqamətində mühüm işlər görülüb. Bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Məhz 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə dövlət qulluğu sahəsində vahid siyasətin formalaşdırılmasının əsası qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağsuda 23 İyun – Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunan təntənəli mərasimdə ətraflı danışılıb.

Mərasim iştirakçıları - rayonda çalışan dövlət qulluqçuları əvvəlcə şəhərin mərkəzində Heydər parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında, eləcə də icra başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cahangir Məhərrəmovun məruzədə vurğulanıb ki, Azərbaycan dövlətçiliyinin təməlini qoyan ümummilli lider Heydər Əliyevin uzaqgörən uğurlu siyasəti və qətiyyətli iradəsi ilə ölkəmizin uğurlu inkişaf strategiyası müəyyən edilib. Bu inkişaf strategiyasının əhəmiyyətli hissəsini hüquq dövlət quruculuğu təşkil edir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında dövlət və hakimiyyət münasibətlərinin hüquqi bazası demokratik, hüquqi, dünyəvi dövlətçilik və hakimiyyətin bölünməsi prinsipləri əsasında milli dövlətçilik ənənələrinə və beynəlxalq təcrübəyə uyğun yaradılıb.

Bildirilib ki, bu gün ölkəmizdə, o cümlədən Ağsu rayonunda gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzindədir. Hazırda rayonda 200-ə yaxın dövlət qulluqçusu çalışır ki, onların da xeyli hissəsi gənclər və qadınlardır.

Tədbirdə uzun illər səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.