REGİONLAR


Ağsuda builki mövsümdə 1230 ton kartof istehsal edilib

A+ A

Ağsu, 4 oktyabr, AZƏRTAC

Ağsu rayonunda kartof yığımı başa çatıb, sahələrdən 1230 ton məhsul götürülüb.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kartof istehsalı bölgədə ildən-ilə artır. Bu il torpaq mülkiyyətçiləri sahələrdən ötən ildəkindən 152 ton çox məhsul yığıblar. Hər hektardan məhsuldarlıq 80,9 sentner olub ki, bu da keçən ildəkindən artıqdır.

Qeyd edək ki, kartofçuluq rayonda qeyri-ənənəvi sahə hesab olunur. Lakin yerli bazarlarda ilboyu kartofa tələbat çox olduğundan bu sahəyə maraq artır. Son illər rayonun dağətəyi ərazilərində, o cümlədən Padar, Qaraqoyunlu kəndlərinin, dağlıq ərazilər olan Gürcüvan, Kalva yaşayış məntəqələrinin sakinləri əkin sahələrini artırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.