REGİONLAR
Ağsuda heyvandarlıq intensiv inkişaf edir
Ağsu, 8 fevral, AZƏRTAC
Azərbaycan dövlətinin aqrar siyasəti Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlığın intensiv inkişafını təmin edib.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, son 10 ildə, o cümlədən 2014-cü ildə artım həm iribuynuzlu mal-qaranın və davarların sayında, həm də məhsul istehsalında davam edib. Təkcə ötən ildə 2013-cü ilə nisbətən inək-camışların sayı 36 baş artaraq 40659 başa, davarların sayı isə 1288 baş artaraq 160267 başa çatıb.
2014-cü ildə əvvəlki illə müqayisədə ət (diri çəkidə) istehsalı 75 ton artıb və 4743 ton olub. Habelə süd istehsalı 913 ton artaraq 27892 tona, yumurta 131 min ədəd artaraq 7 milyon 419 minə, yun isə 4 ton artaraq 298 tona çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [15:53]
Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir
- 04.05.2024 [15:26]
“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub
- 04.05.2024 [14:14]
Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib
- 04.05.2024 [09:02]
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
- 04.05.2024 [01:55]
Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir
- 04.05.2024 [00:50]
Qaxda qanvermə aksiyası keçirilib
- 04.05.2024 [00:15]