REGİONLAR


Ağsuda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur

A+ A

Ağsu, 4 oktyabr, AZƏRTAC

Heyvandarlıq Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindəndir. Son illər istər mal-qaranın baş sayında, istərsə də məhsul istehsalında artım müşahidə olunur.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda rayon üzrə 40 min 758 baş iribuynuzlu mal-qara, 164 min 547 baş davar vardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 70 baş, xırdabuynuzlu heyvanların sayı isə 3 min 350 baş çoxdur.

Cari ilin doqquz ayında rayonda ət istehsalı (diri çəkidə) ötən illə müqayisədə 9 ton artırılaraq 3 min 878 tona, süd istehsalı 63 ton artırılaraq 21 min 32 tona çatdırılıb. Habelə doqquz ayda 5 milyon 925 min ədəd yumurta, 303 ton yun istehsal edilib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 19 min ədəd və 2 ton artıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.