REGİONLAR


Ağsuda ideoloji, sosial və elmi maarifləndirmə məqsədilə mühazirələr təşkil olunub

Ağsu, 6 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı çərçivəsində iyunun 6-da Ağsuda “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr oxunub.

AZƏRTAC xəbər verir ki, ilk mühazirə rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində, digər mühazirə isə Çiyni kənd mədəniyyət evinin iclas zalında ziyalılar, gənclər, sahibkarlar, ictimaiyyət nümayəndələri qarşısında təşkil edilib.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ölkəmizdə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsində, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin əhaliyə intensiv çatdırılmasında bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun və Bakı Dövlət Universitetinin hüquq şöbəsinin dekanı, professor Əmir Əliyevin məruzələrində ulu öndər Heydər Əliyevin gərgin, çoxsahəli fəaliyyəti hərtərəfli təhlil edilib, bu dahi insanın qonşu dövlətlərlə, habelə dünyanın aparıcı qüvvələri ilə yaratdığı sabit, ikitərəfli əlaqələrdən, ölkəmizin davamlı inkişafı üçün hazırladığı sosial-iqtisadi inkişaf strategiyasından, “Əsrin müqaviləsi” kimi nəhəng layihənin reallaşdırılmasında misilsiz xidmətindən söz açıblar. Bildirilib ki, bu gün Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyi sahəsində inamlı, həm də şərəfli dövrünü yaşayır. Təsadüfi deyil ki, son illər ölkəmiz siyasi, iqtisadi, mədəni sahələrdə böyük uğurlar qazanıb.

Vurğulanıb ki, dövlətimizin başçısının imzaladığı sərəncamlar, qəbul edilən qərarlar, həyata keçirilən islahatlar Azərbaycanda qeyri-neft sektorunun, xüsusən aqrar sahənin sürətli inkişafına, insanların sosial-iqtisadi həyatının getdikcə daha da yaxşılaşmasına güclü təkan verib.

Qeyd edək ki, istər rayon mərkəzində, istərsə də kənddə təşkil olunan mühazirələrdə sakinlər də çıxış edib, onları maraqlandıran aktual məsələlərə toxunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.