REGİONLAR


Ağsuda iftar süfrəsi açılıb

Ağsu, 23 iyun, AZƏRTAC

Müqəddəs Ramazan ayı münasibətilə iyunun 22-də Ağsu şəhərində iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, iftar süfrəsində rayon rəhbərliyi, din xadimləri, ağsaqqallar, dindarlar və namaz qılıb oruc tutanlar iştirak ediblər.

Mərasimdə, ümumilikdə, 250 nəfər iştirak edib. Burada milli birliyimiz, dini vəhdətimiz, əmin-amanlığımız, dövlətimizin daha da güclənməsi və torpaqlarımızın işğaldan azad edilməsi üçün dualar edilib, şəhidlərimizə Allahdan rəhmət dilənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.