REGİONLAR


Ağsuda kənd təsərrüfatı məhsullarının saxlanması və topdan satışı mərkəzi inşa olunub

A+ A

Ağsu, 24 avqust, AZƏRTAC

Ağsu şəhərinin cənubunda, Ağsu-Çaparlı-Göylər avtomobil yolunun kənarında yeni sahibkarlıq obyekti - kənd təsərrüfatı məhsullarının saxlanması və topdan satışı mərkəzi inşa olunub.

AZƏRTAC xəbər verir ki, 1600 kvadratmetr ərazisi olan mərkəzdə 50-dən çox otaq, üstüörtülü piştaxtalar, məhsulların çeşidlənməsi üçün yerlər var. Meyvə-tərəvəz istehsalçıları burada həm də öz məhsullarını çeşidləyə biləcəklər. Bunun üçün bütün lazımi şərait yaradılıb.

Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə mərkəzdə 380 nəfər işləyə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.