REGİONLAR


Ağsuda məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Ağsu, 8 dekabr, AZƏRTAC

Ağsuda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışlar rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə dörd yaş qrupunda - 8, 10, 12 və 16 yaşadək uşaqlar arasında keçirilib. İki gün davam edən yarışlarda 69 məktəbli iştirak edib.

Ayrı-ayrı yaş qrupları üzrə qalib gələn məktəbli şahmatçılara diplom və pul mükafatları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.