REGİONLAR
Ağsuda pambıq yığımına başlanılıb
Ağsu, 1 sentyabr, AZƏRTAC
Bir neçə gündür Ağsu rayonunda pambıq yığımı kampaniyasına başlanılıb.
AZƏRTAC rayon kənd təsərrüfatı idarəsinə istinadən xəbər verir ki, bu mövsümdə bölgədə 1092 hektarda pambıq yetişdirilib. Prezident İlham Əliyevin bölgələrdə ənənəvi sahələrin, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tapşırıqlar, göstərilən dövlət dəstəyi sahibkarlarda aqrar sektorun bu sahəsinə marağı artırıb.
Məhsul yığımı ilk günlərdən sürətlə və itkisiz aparılır. Bir neçə gündə 13 tondan çox pambıq yığılıb.
Pambıq yığımı kampaniyası Qaraqoyunlu, Ərəbmehdibəy, Bozavand, Çaparlı, Ərəbuşağı ərazi vahidlərində daha mütəşəkkil aparılır.