REGİONLAR


Ağsuda taxıl zəmilərinin böyük əksəriyyəti biçilib

Ağsu, 11 iyul, AZƏRTAC

Ağsu rayonunda taxıl əkini sahələrində məhsul yığımı başa çatmaq üzrədir və artıq zəmilərin 94,2 faizi biçilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda biçin əsasən dağlıq ərazidən olan Kalva, Nuran və Gürcüvan ərazi vahidlərində aparılır. Zəmilərdə 40-dək kombayn işləyir.

Bu ilin məhsulu üçün rayonda 33 min 322 hektarda taxıl yetişdirilib. Bunun 17 min 840 hektarı buğda, 15 min 482 hektarı isə arpadır. Hələlik biçilən sahələrdən 72 min 179 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq 23 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.