REGİONLAR


Ağsuda tikilən pambıq qəbulu məntəqəsi bu il fəaliyyət göstərəcək

Ağsu, 8 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Ağsuda pambıq qəbulu məntəqəsi tikilir. Məntəqə builki məhsul qəbulu zamanı fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, tikinti işləri Ağsu-Kürdəmir yolunun kənarında, Qaraqoyunlu bələdiyyəsi ərazisindən ayrılan 6 hektar sahəni əhatə edir. Obyekt “Azəraqrartikinti” ASC-nin Ağsu AqrarTikinti İdarəsi tərəfindən inşa olunur. Qısa vaxtda 2,4 metr hündürlükdə 1035 metr hasar çəkilib, 2 ədəd 100 kubmetrlik su anbarından biri inşa olunub, digərində isə işlər davam etdirilir. Habelə, hər biri 250-300 tonluq 12 taya və tərəzi yerləri pambıq qəbulu üçün hazırlanır. Nəzarət məntəqəsi və inzibati binalar üçün nəzərdə tutulan yerlərdə hörgü işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.