REGİONLAR


Ağsuda türkiyəli mütəxəssisin iştirakı ilə müasir istixana qurulur VİDEO

Ağsu, 21 iyun, AZƏRTAC

Ağsu rayonunun Pirhəsənli icra nümayəndəliyinin ərazisində 2,2 hektar sahəsi olan istixana qurulur.

AZƏRTAC xəbər verir ki, yeni sahibkarlıq təsərrüfatı Türkiyədən dəvət olunan mütəxəssis Emin Karırçı tərəfindən yaradılır. İstixananın əsas avadanlıqları Türkiyənin “Metaş” şirkətindən alınıb və paslanmayan materialdandır.

Müasir suvarma sistemi ilə təchiz edilən istixana üçün 70 və 30 tonluq olmaqla, ümumilikdə, 100 tonluq iki su çəni qurulub. Bu, suvarmanın elektrik enerjisi sərf etmədən aparılmasına imkan verəcək.

İstixanada əkin üçün daha sərfəli olan növü müəyyənləşdirmək məqsədilə 2 hektar ərazidə Türkiyədən gətirilən 9 növ pomidor şitili əkilib. Növlərdən 2-si günəş şüası ilə bol olan bu torpaqlar üçün daha səmərəlidir. Hazırda açıq səmada becərilən bu sortlar yüksək məhsul gətirib və gələn ayın ortalarında yığıma başlanılacaq.

Qeyd edək ki, istixananın cari ilin avqustunda istifadə verilməsi nəzərdə tutulub. Burada 50 iş yeri açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.