REGİONLAR


Ağsuda ümumi məhsul buraxılışının həcmi 2 milyon 951,6 manat artıb

Ağsu, 24 iyul, AZƏRTAC

Ağsu rayonunda cari ilin altı ayında ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 951,6 min manat və ya 3,3 faiz artıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, yarım ildə rayonda 85 milyon 291,8 min manat həcmində ümumi məhsul buraxılışı olub və adambaşına 1084,2 manat təşkil edib. Bu göstərici ötən ilin altı ayı ilə müqayisədə 4,6 faiz çoxdur.

Qeyd edək ki, ümumi məhsul buraxılışının 55,8 faizi aqrar sektorun payına düşüb. Sənaye məhsulunun həcmi isə 35,1 faiz artaraq 3 milyon 285,5 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.