REGİONLAR


Ağsuda uşaqlar üçün şirniyyat süfrəsi açılıb VİDEO

Ağsu, 1 iyun, AZƏRTAC

Ağsu şəhərindəki “Şəlalə” şadlıq sarayında 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə şənlik olub.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin birgə təşkilatçılığı ilə şirniyyat stolu arxasında keçirilən tədbirdə 250 uşaq iştirak edib.

Çıxışlarda tarixən ölkəmizdə uşaqlara xüsusi məhəbbət və münasibətin olduğu vurğulanıb. Vurğulanıb ki, bu, bizə ulu babalarımızdan miras qalan ən nəcib ənənələrdən biridir. Uşaqlara qayğı təkcə valideynə yox, kimliyindən asılı olmayaraq bütün azərbaycanlılara xas nəcib xüsusiyyətdir. Uşaqları böyüdüb ərsəyə çatdırmaq hər bir Azərbaycan ailəsinin həyatının mənasını təşkil edir.

Şənlikdə rayon musiqiçilərinin, balaca istedadların ifalarında mahnılar və şeirlər səsləndirilib, rəqslər təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.