REGİONLAR


Ağsuda yarım ildə 1626 yeni iş yeri açılıb

Ağsu, 10 iyul, AZƏRTAC

Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağsu rayonunda da öz uğurlu nəticələrini verir. Sahibkarlığın inkişafına hərtərəfli dəstək, yeni istehsal sahələrinin açılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, təbii ki, iş yerlərinin açılması ilə nəticələnir. Təsadüfi deyil ki, cari ilin ilk 6 ayında Ağsuda 1626 yeni iş yeri açılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, açılan iş yerlərinin hamısı daimidir. Yeni iş yerlərinin 1380-ni fiziki şəxslər tərəfindən yaradılıb, 233-ü mövcud müəssisə və təşkilatlar, 13-ü isə yeni fəaliyyətə başlayan müəssisələrdə açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.