REGİONLAR


Ağsuda yay şumu çıxarılır

A+ A

Ağsu, 8 avqust, AZƏRTAC

Ağsu rayonunda hazırda bütün qüvvələr əkinçilikdə mühüm aqrotexniki tədbir olan yay şumunun çıxarılmasına səfərbər edilib.

Ağsu rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, cari mövsümdə rayonda 36 min hektardan çox sahədə payızlıq bitkilər, o cümlədən taxıl, yonca və sair əkilməsi proqnozlaşdırılıb. Bu günlərdə bütün ərazilərdə gələcək yüksək məhsul üçün zəruri olan yay şumu çıxarılır. Artıq 5540 hektarda bu iş görülüb.

Sahələrdə hər gün orta hesabla 30-dək şum traktoru işləyir. Rayonun əksər ərazilərində, xüsusilə qarşıdakı payızda daha çox taxıl əkiləcək Gəgəli, Qaraqoyunlu, Ərəbmehdibəy, Kəndoba və bir sıra digər ərazi vahidlərində şum çıxarılması sürətlə davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.