REGİONLAR


Ağsulu fermer Şəfa Şirazovun “ağ qızıl”ı

A+ A

Ağsu, 9 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Ağsu rayonunun ucqar yaşayış məntəqələrindən olan Ərəbmehdibəy kəndində fermer Şəfa Şirazovun da bu ənənəvi təsərrüfat sahəsinə marağını artırıb.

AZƏRTAC xəbər verir ki, ağsulu fermer cari mövsümdə 120 hektarda “ağ qızıl” yetişdirib. Hazırda təsərrüfatda məhsul yığımının qızğın çağıdır. Hər gün sahələrə 50 nəfərədək işçi çıxır. Hələlik 20 ton məhsul toplanıb. Yığılan pambıq MKT İKF-nin Ucar filialı tərəfindən qəbul edilir.

Qeyd edək ki, fermer təsərrüfatında yetişdirilən pambığın 100 hektarı maşınla yığılmalıdır. Bu məqsədlə yarpaqların tökülməsi üçün dərmanlama işləri aparılıb. Artıq dünəndən etibarən MKT İKF-nın Ucar filialına məxsus pambıqyığan maşın tarlaya çıxarılıb.

Təsərrüfatda hər hektardan 20 sentnerdən çox məhsuldarlıq gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.