REGİONLAR
Ağsulu fermer istixana təsərrüfatında məhsul istehsalını illik 500 tona çatdırmaq əzmindədir
Ağsu, 21 mart, AZƏRTAC
Ağsuda yerli sahibkara məxsus istixana təsərrüfatı 2 hektar genişləndirilərək 5 hektara çatdırılıb.
AZƏRTAC xəbər verir ki, avadanlıqları Türkiyədən gətirilməklə qurulan istixanada pomidor və xiyar müasir texnologiya ilə yetişdirilir. Artıq bir il yarımdır ki, fəaliyyət göstərən təsərrüfatda ötən il 200 tondan çox məhsul istehsal edilib. Yetişdirilən məhsullar Rusiya bazarlarına göndərilir.
Hazırda burada məhsul yığılır. Artırılan yeni sahələrdə isə xiyar və pomidor əkilib və indi becərmə işləri aparılır. İstixanada 71 nəfər işçi çalışır. Onların orta aylıq əmək haqqı 250 manatdır.
İstixananın illik istehsal gücünün 500 tona çatdırılması üçün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]