REGİONLAR
Ağsulu fermerlər yığılan pambığın ilk partiyasını MKT MMC-yə təhvil veriblər
Ağsu, 7 sentyabr, AZƏRTAC
Ağsu rayonunda pambıq yığımı davam edir. Fermerlər istehsal olunan məhsulun ilk 30 tonunu MKT MMC-nin Ucar filialından gələn nümayəndələrə təhvil veriblər. MMC fermerlərdən məhsulu qabaqcadan bağlanan müqaviləyə əsasən satın alır.
AZƏRTAC xəbər verir ki, rayonun Gəgəli, Rəhimli, Bozavand ərazi vahidlərində yığılan pambığın ilk partiyası sentyabrın 7-də yola salınıb.
Qeyd edək ki, cari mövsümdə Ağsuda 1092 hektarda pambıq yetişdirilib. Sahələrdən 2000 ton məhsul gözlənilir. Tədarük olunan məhsulun hamısı MKT MMC tərəfindən alınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]