REGİONLAR


Ağsunun Hacman kəndinə təbii qaz verilib

A+ A

Ağsu, 25 oktyabr, AZƏRTAC

Ağsuda rayon mərkəzindən 45 kilometr məsafədə, dağlıq ərazidə yerləşən Hacman kəndinə təbii qaz verilib. Doxsan abonentin, 278 nəfər əhalinin yaşadığı kəndin qazlaşdırılması üçün 5297 metr müxtəlif diametrli polad borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb.

AZƏRTAC xəbər verir ki, kəndə “mavi yanacağ”ın verilməsi ilə əlaqədar təntənəli mərasim keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Ağsuda həyata keçirilən sosial layihələrdən, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, artıq rayonun 65 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə bu il 10 kəndə təbii qaz verilib. Hazırda rayonun ucqar yaşayış məntəqələrindən olan Padarqışlaq kəndi qazlaşdırılır.

Açılış mərasimində çıxış edən sakinlər kəndə təbii qazın verilməsindən razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.