İQTİSADİYYAT


Əhalinin daha çox sıx istirahət etdiyi yerlər “WiFi” şəbəkəsi ilə pulsuz təmin ediləcək VİDEO

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) əhalinin pulsuz internetlə təminatı üçün yeni ictimai “WiFi” layihəyə başlayır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihəyə əsasən, nazirlik “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla, bütün Dənizkənarı Milli Park və Fəvvarələr meydanı ərazilərini ictimai “WiFi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.

İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.