Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün qarşıya qoyulan vəzifələrin reallaşdırılması öz bəhrəsini verməkdədir

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün qarşıya qoyulan vəzifələrin reallaşdırılması öz bəhrəsini verməkdədir

Bakı, 12 iyul, AZƏRTAC

Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq, 2015-ci ilin məhsulu üçün mühüm tədbirlər həyata keçirilir. Görülən işlər artıq öz bəhrələrini verməkdədir. Belə ki, respublika tarixində taxıl istehsalında rekord orta məhsuldarlıq göstəricisinə nail olunub.

Əvvəlcə, görülən işlərə nəzər salaq. Respublika üzrə herik şumu da daxil olmaqla, payızlıq əkinlər üçün 1016991 hektar sahədə şum qaldırılıb. 892253 hektarda dən və yaşıl yem, o cümlədən 875686 hektarda dən üçün payızlıq bitkilər səpilib ki, onun da 537231 hektarını buğda, 338444 hektarını arpa təşkil edib.

Bu il şum və səpin aparılması da ciddi nəzarətə götürülüb. Bəzi rayonlarda qərargahlar yaradılıb, ərazi kənd təsərrüfatı idarələrindən şum və səpinin gedişatı barədə gündəlik operativ məlumatlar toplanılıb və müvafiq təhlillər aparılıb. Bundan əlavə, sözügedən işlərin sürətləndirilməsi məqsədilə Nazirliyin Bitkiçilik şöbəsinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ilin oktyabr-noyabr aylarında Qobustan, Şamaxı, Qəbələ, Şəki, Samux, Göygöl, Tovuz, Goranboy və digər rayonlarda aidiyyəti qurumların, fermer və sahibkarların iştirakı ilə tədbirlər keçirilib.

Payız tarla işlərində “Aqrolizinq” ASC və özəl qurumlarda mövcud olan texnikalardan istifadə edilib, texniki təminatla bağlı heç bir problem olmayıb. Lakin bəzi bölgələrdə, xüsusən də dəmyə taxılçılıq rayonlarında ötən mövsüm məhsuldarlığın kəskin azalması və ya əkinlərin tamamilə məhv olması nəticəsində maddi zərər çəkmiş fermerlərin toxum təminatında ciddi problemlər yaranmışdı. Rayonlardan toxum təminatı ilə bağlı yaranmış çətinliklər barədə daxil olmuş çoxsaylı müraciətlərlə əlaqədar dövlətimizin başçısının göstərişinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarının taxılçılarına dövlət vəsaiti hesabına 2850 min manat dəyərində 6654,2 ton yüksək reproduksiyalı toxum verilməsi təmin olunub.

Taxılın məhsuldarlığını və keyfiyyətini yüksəltmək məqsədi ilə mineral gübrələrdən istifadə edilməsinə də diqqət artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə təsdiq olunmuş “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları”na və Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli qərarının icrasına uyğun olaraq, satıcı təşkilatlar tərəfindən payızlıq şum altına və səpinlə birlikdə verilməsi üçün 14066 nəfər istehsalçıya 120325 hektara görə güzəştlə 18081,9 ton mineral gübrələr satılıb ki, bu da dən üçün payızlıq taxıl əkinlərin 13,7 faizini təşkil edir.

Ölkədə aparılan aqrar siyasətin bölgələrdə geniş təbliğ edilməsi, bitkiçilik məhsullarının becərmə texnologiyalarına əməl olunması, istehsalın artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə regionlarda texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edilənlərlə bağlı Bitkiçilik şöbəsində “2015-ci ildə bitkiçilik sahəsində bölgələrdə keçirilməsi nəzərdə tutulan tədbirlərin Təqvim Planı” və “Dənli və dənli paxlalı bitkilərin becərilməsinə dair 2015-ci il üçün Tədbirlər Planı” hazırlanıb. Buna uyğun olaraq fevral ayından başlayaraq Bərdə, Şəki, Biləsuvar, Xaçmaz, Samux, Quba və Tərtər rayonlarında fermer və sahibkarların və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr”, “Yazlıq bitkilərin əkini, payızlıq sahələr və çoxillik əkmələrdə aqrotexniki qulluq işlərinin təşkili”, “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları”, “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzularında respublika və regional müşavirələr keçirilib. Eyni zamanda, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Qəbələ rayonunda “Tarla günləri” və ya açıq hava sərgisi təşkil olunub. Aqrar sektordakı son yeniliklər və imkanları özündə əyani surətdə əks etdirən və bu inkişafı təbliğ etmək məqsədini daşıyan “Tarla günləri”ndə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar aprel-oktyabr ayları ərzində bu məqsədlə ayrılmış 10 hektar torpaq sahəsində bitkiçilik məhsullarının əkin və becərmə texnologiyalarını, qazanılmış nailiyyətləri, elmi-tədqiqat işlərinin nəticələrini, texnika, avadanlıq, gübrə, pestisid və digər potensial əməkdaşlıq imkanlarını nümayiş etdirəcəklər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin məhsulu üçün 26362 hektarda yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız), 36433 hektarda dən üçün qarğıdalı, 18778 hektarda pambıq, 10683 hektarda dən üçün günəbaxan, 1362 hektarda tütün, 60974 hektarda kartof, 77082 hektarda tərəvəz, 27847 hektarda bostan bitkiləri, 4922 hektarda emal üçün şəkər çuğunduru və 99545 hektarda yem bitkiləri əkilib.

Cari ildə “Aqrolizinq” ASC və digər təşkilatlar tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 45736 ton mineral gübrələr satılıb, tətbiq edilən gübrələrin növlərinin seçilməsində, normaların müəyyənləşdirilməsində və vaxtında sahəyə verilməsində istehsalçılara lazımi tövsiyələr verilib.

2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 56,5 min hektar toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 15,4 min hektar sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 41,1 min hektar sahədə təmizləmə və biçin işləri görülüb. “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq, cari ilin 6 ayında 30 hüquqi və fiziki şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib və onlara müvafiq şəhadətnamə verilib.

Artıq əksər bitkilərin yığımına başlanılıb. İndi isə son statistik göstəricilərə nəzər yetirək. Dövlət Statistika Komitəsinin 2015-ci il iyulun 6-na olan məlumatına əsasən, dənli və dənli paxlalıların (qarğıdalısız) əkildiyi 915212 hektar sahənin 780932 (88,8 faiz) hektarı biçilib. Hər hektarda məhsuldarlıq orta hesabla 30,3 sentner təşkil edib və 2368900 ton taxıl əldə olunub. O cümlədən 539715 hektar buğda sahəsinin 425379 hektarı (78,8 faiz) biçilərək, hər hektardan 31,7 sentner olmaqla, 1349900 ton məhsul yığılıb. Beləliklə, cari mövsüm respublika tarixində ilk olaraq rekord (30 sen/hektardan yuxarı) orta məhsuldarlıq göstəricisinə nail olunub. Bu tarixədək taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz, o cümlədən buğda üzrə 33,8 faiz yüksəkdir.

Həmçinin iyulun 1-nə olan məlumata görə, 288663 ton kartof, 382930 ton tərəvəz, 93140 ton meyvə, 273,4 ton yaşıl çay yarpağı və 76,5 ton tütün məhsulu yığılıb. Kartof, tərəvəz, meyvə, yaşıl çay yarpağı və tütünün istehsal həcmi ötən illə müqayisədə müvafiq olaraq 10,7, 11,8, 2,6, 18,7 və 30,5 faiz artıb.

Yuxarıda sadalanan rəqəmlər, görülən işlər deməyə əsas verir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün qarşıya qoyulan vəzifələrin reallaşdırılması öz bəhrəsini verməkdədir. Əlbəttə ki, əldə olunan bu uğurlar dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Əminik ki, kənd təsərrüfatı istehsalçıları da bu diqqət və qayğıdan yararlanaraq bundan sonra da yeni-yeni uğurlara imza atacaqlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində