İQTİSADİYYAT


Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3953 manata bərabər olub

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38027,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olub. Əlavə dəyərin 38 faizi sənayedə, 11,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,4 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3953 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.