İQTİSADİYYAT


Əhalinin nominal gəlirləri 7,3 faiz artıb

Bakı, 18 iyun, AZƏRTAC

Yanvar-may aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 18613,9 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1917,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövr ərzində gəlirlərin 86,7 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17025,0 milyon manatlıq vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.