İQTİSADİYYAT


Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 0,1 faiz artıb

Bakı, 29 iyun, AZƏRTAC

Yanvar-may ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,1 faiz artaraq 3023,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2213,2 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 73,2 faizini təşkil edib.

Cari ilin yanvar-may ayları ərzində hər bir ölkə sakini orta hesabla 311,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 23,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.