CƏMİYYƏT


Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işi daha da yaxşılaşdırılır

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini da daha da yaxşılaşdırmaq məqsədilə Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, birləşmiş şəhər xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsində keçirilən toplantıda bu istiqamətdə mərhələli şəkildə görüləcək tədbirlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Bildirilib ki, kimsəsiz şəxslərə görə təcili tibbi yardım xidmətinə çağırış gəldikdə, xəstə müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur.

Diaqnozun dəqiqləşdirliməsi məqsədilə xəstə Bakıda yerləşən kliniki xəstəxanalardan birinə aparılaraq əlavə müayinələrdən keçirilir, ehtiyac olarsa, həmin klinikaya hospitalizasiya edilir. Buna ehtiyac olmadığı halda, xəstə 6, 7, 18, 26 və 19 nömrəli birləşmiş şəhər xəstəxanalarından birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.