SİYASƏT
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyi üçün regiondakı layihələrdən təcrid olub
İstanbul , 23 noyabr, AZƏRTAC
ABŞ-ın vitse-prezidenti Cozef Baydenin iştirakı ilə İstanbulda keçirilən Atlantik Şurası Enerji və İqtisadi Zirvəsində çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticələri və təcavüzkar dövlətin regionda yaratdığı problemlər barədə danışıb.
Baş nazir diqqətə çatdırıb ki, çoxları Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşacağına inanmırdı. Lakin bu sülh və inkişaf boru xətti həyata keçirildi və onun fəaliyyətə başlaması Azərbaycana, Türkiyəyə və Gürcüstana böyük mənfəət verməyə başladı. Ermənistan isə Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bu təcavüzkar siyasətini israrla davam etdirdiyi üçün regiondakı layihələrdən təcrid olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul